AZ

“Çelsi” “Liverpul”u son dəqiqə qolu ilə məğlub etdi

İngiltərə Premyer Liqasının VII turunda “Çelsi” və “Liverpul” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Stamford Brici” stadionunda keçirilən oyunda ev sahibləri 2:1 hesabı ilə qalib gəlib. 

14-cü dəqiqədə Moyses Kaysedo hesabı açaraq “Çelsi”ni önə çıxarıb. 63-cü dəqiqədə Kodi Hakpo hesabı bərabərləşdirib, lakin 90+5-ci dəqiqədə Estevao qonaqlar qarşısında qələbə qolunu vurub.

Bu nəticədən sonra “Çelsi” 11 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb, “Liverpul” isə 15 xalla 2-ci yerdədir. Liderlikdə 16 xalla “Arsenal” yer alır.

Növbəti turda “Çelsi” oktyabrın 18-də səfərdə “Nottingem Forest”la, “Liverpul” isə oktyabrın 19-da evdə “Mançester Yunayted”lə qarşılaşacaq.

Seçilən
52
90deqiqe.az

1Mənbələr