AZ

Qəhvə içmədən günə başlaya bilmərəm deyənlər Diqqət

Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən qəhvə, çay və enerji içkiləri ilə qəbul etdiyimiz kofein, artıq miqdarda qəbul edildikdə sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Qısa müddətli enerji və diqqət artımı təmin etsə də, uzun müddətdə ürək döyüntüsü, yuxusuzluq, yüksək təzyiq və anksiyete kimi problemlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, kofeini normadan artıq qəbul edən insanların çoxu bunun fərqinə varmadan sağlamlıqlarını risk altına atırlar.

Gündəlik kofein limiti nə qədərdir?

ABŞ Qida və Dərman İdarəsinin (FDA) məlumatına görə, sağlam böyüklər üçün gündəlik kofein limiti 400 milliqramdır. Bu isə təxminən 3–4 fincan qəhvəyə bərabərdir. Ancaq bir çox insan bu miqdarı asanlıqla keçir və orqanizmdə mənfi təsirlər müşahidə olunur.

Artıq kofein qəbulunun 8 xəbərdarlıq əlaməti

Ürək döyüntüsü və ritm pozğunluğu: Kofein ürək fəaliyyətini sürətləndirərək döyüntü hissinə səbəb ola bilər.

Daimi yorğunluq: Qısa müddətli enerji təmin etsə də, yuxu rejimini pozur və halsızlıq yaradır.

Yüksək təzyiq: Damarları daraldaraq təzyiqi yüksəldir və ürək-damar sisteminə yük salır.

Həzm pozğunluqları: Mədə turşusunu artırır, reflü, köp və yanma hissinə səbəb olur.

Baş ağrısı və miqren: Aşağı dozada ağrını azaltsa da, artıq qəbul miqreni gücləndirə bilər.

Anksiyete və əsəbilik: Sinir sistemini həddindən artıq stimullaşdıraraq titrəmə və narahatlıq yaradır.

Başgicəllənmə: Qan təzyiqindəki ani dəyişikliklər nəticəsində baş fırlanması baş verə bilər.

Asılılıq və yoksunluq: Kofeini birdən kəsmək baş ağrısı, halsızlıq və əhval dəyişikliklərinə səbəb olur.

Kofeini azaltmaq üçün mütəxəssis tövsiyələri:

Tədricən azaldın: Kofeini bir anda deyil, mərhələli şəkildə azaldın.

Alternativlər seçin: Qəhvə əvəzinə bitki çayları və ya yaşıl çay içə bilərsiniz.

Daha çox su için: Su həm orqanizmi təmizləyir, həm də kofein istəklərini azaldır.

Dengəli qidalanın: Zülal və tam taxıllar təbii enerji qaynağıdır və yorğunluğun qarşısını alır.

Qeyd edək ki, kofein düzgün miqdarda qəbul edildikdə faydalı olsa da, normanı aşmaq sağlamlıq üçün ciddi risk yarada bilər. Orqanizmin siqnallarına diqqət etmək və balanslı istehlakla bu vərdişi nəzarətdə saxlamaq lazımdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
14
e-saglam.az

1Mənbələr