Salyan rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə Salyan şəhəri ərazisində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili piyada Salyan şəhər sakini, 1955-ci il təvəllüdlü Rəna Zeynalovanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev