İngiltərə Premyer Liqasında VII turun görüşləri davam edir.
"Cebheinfo.az" xəbər verir ki, günün ilk matçında "Lids Yunayted" öz meydanında "Tottenhem"i qəbul edib.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi qarşılaşmasında "Çelsi" evində son çempion "Liverpul"u sınağa çəkib.
Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Matç "zadəganlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Cebheinfo.az"