AZ

Çelsi son dəqiqələrdə Liverpul u məğlub etdi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında VII turun mərkəzi oyunu keçirilib.

Axar.az xəbər verir ki, "Çelsi" öz meydanında son çempion "Liverpul"u qəbul edib. Görüş London klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu meydan sahibləri vurublar. Moyses Kaysedo 14-cü dəqiqədə "doqquzluğ"u dəqiq nişan alıb. Qonaqların heyətində Kodi Qakpo hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə Eştevau qoyub.

Bu nəticədən sonra "Liverpul" 15 xalla 2-ci, "Çelsi" 11 xalla 6-cıdır. Hər iki komanda UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
4
axar.az

5Mənbələr