AZ

Kadırov: ABŞ-ın “Cougar” zirehlisi artıq Rusiyaya xidmət edəcək

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, Rusiya qüvvələri tərəfindən döyüş bölgəsində ələ keçirilən ABŞ istehsalı “Cougar” adlı zirehli texnika artıq cəbhəyə göndərilib.

Musavat.com xəbər verir ki, Kadırovun sözlərinə görə, bu texnika artıq Rusiya ordusuna xidmət edəcək:

“İndi bu zirehli maşın Rusiyaya sədaqətlə xidmət edəcək və öz silahını əvvəlki qərbli sahiblərinə qarşı yönəldəcək,” – deyə Kadırov qeyd edib.

O həmçinin əlavə edib ki, “Cougar” öz göstəricilərinə görə eyni sinifdə olan Rusiya zirehli texnikalarından geri qalır:

“Bizimkilər daha yaxşı, daha etibarlı və daha dözümlüdür,” – deyə o bildirib.

Kadırov vurğulayıb ki, tələf olunmuş texnika yoxlanıldıqdan sonra xüsusi hərbi əməliyyat zonasındakı tapşırıqlarda istifadə ediləcək.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr