Lissabon “Benfika”sında ciddi itki yaşanıb. Baş məşqçi Joze Mourinyo, onun köməkçiləri və bir neçə futbolçu virus infeksiyasına yoluxub.
Sportinfo.az xəbər verir ki, məlumatı “A Bola” yayıb.
Virusa yoluxanlarda baş ağrısı və bədəndə ağrılar müşahidə olunur. Bu vəziyyət “qırmızı qartallar” üçün xoş olmayan anda baş verib.
Komanda sabah Portuqaliya çempionatında “Portu” ilə derbiyə çıxacaq.
“Benfika” hazırda 17 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Mourinyo komandaya ötən ayın ortasında baş məşqçi təyin olunub və klubla iki illik müqavilə imzalayıb.
“Qarabağ” Çempionlar Liqasının ilk turunda “Benfika”nı səfərdə 3:2 hesabı ilə məğlub edib.