AZ

“Sükan”ı Ten Haqa tapşırmaq istəyir - “Qarabağ”ın məşhur rəqibi

Mövsümə uğursuz start verən “Ayaks”da rəhbərlik baş məşqçi Con Heytinqanın işindən narazıdır.

Sportinfo.az xəbər verir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarını ayırmağı planlaşdırır.

Bu barədə “De Telegraaf” nəşri məlumat yayıb.

Klub rəhbərliyinin baş məşqçi postu üçün əsas namizədi Erik ten Haqdır. 55 yaşlı mütəxəssisin Heytinqanı əvəz etmək ehtimalı yüksək qiymətləndirilir.

Ten Haqın son iş yeri “Bayer” olub. O, daha əvvəl 2017-2022-ci illərdə “Ayaks”ın baş məşqçisi kimi çalışıb.

“Ayaks” UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar arasındakı oyun dekabrın 10-da, Bakıda olacaq.

Seçilən
21
sportinfo.az

1Mənbələr