Bakı. Trend:
ABŞ-da, Texasın Anqlton şəhəri ətrafında yük maşınları üçündayanacaqda atışma olub.
Trend xəbər verir ki, bubarədə Brazoria dairəsinin şerif aparatı "Facebook"da məlumatyayıb.
"13 və 4 yaşlı iki uşaq həlak olub, 8 və 9 yaşlı daha iki uşaqxəstəxanaya yerləşdirilib", - bəyanatda qeyd olunur.
Hüquq-mühafizə orqanları atəş açmaqda şübhəli bilinən qadınısaxlayıb.