AZ

Gürcüstanda etirazçılar prezident sarayının ətrafını tərk ediblər

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar prezident sarayının ətrafını tərk ediblər.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə yerində hazırda təmizlik işləri aparılır, hüquq-mühafizə orqanlarının əməkdaşları isə Atoneli küçəsində təhlükəsizliyi təmin etməkdə davam edirlər.

Qeyd edək ki, etirazlar Rustaveli prospektində keçirilən mitinqdən sonra başlanıb. Prezident sarayına doğru irəliləyən etirazçıların bir qismi baryerləri zədələyərək binaya daxil olmağa cəhd edib. Onlar hüquq-mühafizə əməkdaşlarına daş və müxtəlif əşyalar atıblar, eləcə də yaxınlıqdakı bir neçə obyektə od vurublar.

Polis aksiya iştirakçılarına dəfələrlə xəbərdarlıq etdikdən sonra xüsusi vasitələr – su şırnaqları, gözyaşardıcı və bibər qazından istifadə edərək kütləni dağıdıb.

Son məlumata görə, iğtişaşlar zamanı azı 21 polis və 6 aksiya iştirakçısı xəsarət alıb. Baş nazir İrakli Kobaxidze isə bildirib ki, zorakılıqda iştirak edən və konstitusion rejimi devirməyə cəhd edən şəxslər "təqsirkar" sayılır və onları yaxın günlərdə "sürprizlər" gözləyir.
Seçilən
19
1
sherg.az

2Mənbələr