Niderland Erediviziyasının 8-ci turunda Amsterdamın “Ayaks” klubu Rotterdam “Sparta”sı ilə qarşılaşıb.
İdman.biz bildirir ki, oyun 3:3 hesabı ilə qurtarıb.
Hesabı 42-ci dəqiqədə Vaut Veqorst açıb. 45+3-də Tobias Lauritsen bərabərliyi saxlayıb.
52-ci dəqiqədə Mitçell Van Bergen meydan sahiblərini irəli çıxarıb. 55-ci dəqiqədə Coşua Kitolano üçüncü topu qonaqların qapısından keçirib. 73-cü dəqiqədə Veqorst toplardan birinin əvəzini çıxıb. 90+7-də Oskar Qlux yekun hesabı müəyyənləşdirib.
“Ayaks” Çempionlar Liqasında “Qarabağ”ın rəqibidir. Komandanalar arasındakı oyun dekabrın 10-da Bakıda olacaq.