AZ

"Qarabağ"la oyunda zədələnən müdafiəçidə ciddi problem aşkarlandı, mövsümü qapatdı

Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”la oyunda zədələnən Danimarka təmsilçisi “Kopenhagen”in futbolçusu Rodriqo Ueskas 2025/2026 mövsümünün sonuna qədər meydana çıxa bilməyəcək.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıda keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində zədələnən 22 yaşlı müdafiəçinin sağ dizində ciddi problem aşkarlanıb.

Rodriqonu əməliyyat və uzun reabilitasiya prosesi gözləyir.

Müdafiəçinin 2026-cı il dünya çempionatını oyunlarının bir hissəsini, Meksikada təşkil olunacağı mundialı buraxma ehtimalı da istisna deyil.

Ueskas 2025/2026 mövsümündə bütün turnirlərdə 19 oyunda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Meksika millisində isə 3 oyuna çıxıb.

Seçilən
27
sportinfo.az

1Mənbələr