AZ

Romada polislə etirazçılar arasında qarşıdurma baş verdi - 12 nəfər saxlanıldı

BAKI, 5 oktyabr. TELEQRAF

Romada Fələstinə dəstək aksiyasında iştirak edənlər polislə toqquşub.

Teleqraf xəbər verir ki, bu barədə "Il Messaggero" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, etirazçılar İtaliya paytaxtının mərkəzinə daxil olmağa cəhd ediblər. Polis kordonu qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları onlara qarşı su şırnaqlarından və dəyənəklərdən istifadə edib.

Bildirilir ki, toqquşma zamanı etirazçılar zibil qutularından barrikadalar quraraq polisə şüşə və fişənglər atıblar. Bundan sonra etirazçılar polis maşınının şüşələrini sındıraraq yandırıblar. Aksiyada iştirak edən 12 etirazçı saxlanılıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr