AZ

"Araz-Naxçıvan"ın qapıçısı çağırıldı - Rumınlar və estonlarla oynamaq üçün

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu baarədə klubun mətbuat xidməti məlumat yayıb.

Qapıçı oktyabrın 9-da Rumıniya ilə keçiriləcək yoldaşlıq, eləcə də ayın 14-də Estoniya ilə rəsmi matç üçün açıqlanmış heyətdə yer alıb.

O, oktyabrın 6-dan 15-dək ölkəsinin millisinin düşərgəsində olacaq.

K.Avram 2023-cü ildən "Araz-Naxçıvan"da oynayır.

Seçilən
33
sportinfo.az

1Mənbələr