Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan ölkədə Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı danışıb..
Publika.az xəbər verir ki, o, bu məsələ ilə bağlı "PassBlue" nəşrinin müxbirinin müvafiq sualını cavablandırıb.
O bildirib ki, Ermənistanla Bakı arasında imzalanmış razılaşma Ermənistan-İran sərhədində patrul xidmətinə aid deyil.
“Bu məsələ Rusiya ilə ikitərəfli razılaşma çərçivəsində tənzimlənir, yəni bizim parafladığımız sülh sazişinə aid deyil,” - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.