AZ

“Mən qazandığım medalı bacıma həsr edirəm"

Azərbaycanın güllə atıcısı Xanna Əliyeva III MDB Oyunlarında qazandığı gümüş medalı bacısına həsr edib

Sportinfo.az xəbər verir ki, bunu turnirdə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada ikinci yeri tutan Xanna Əliyeva deyib.

O, daha əvvəl MDB Oyunlarında yer tuta bilmədiyini xatırladıb:

"Bu gün isə gümüş medal qazandım. Bu sevindirici haldır. Mükafatı bacıma həsr edirəm. Gələcəkdə qızıl medal qazanacağıma da inanıram".

Yarışda Rusiyalı Daria İsakova qızıl, qazaxıstanlı Valeriya Popelova isə bürünc medal qazanıb.

Seçilən
23
sportinfo.az

1Mənbələr