AZ

ABŞ-də “İrina qanunu” qəbul edildi

Şimali Karolina qubernatoru Coş Ştayn ştatda ukraynalı qadın İrina Zarutskayanın qətlindən sonra şübhəlilərin girovla buraxılma qaydalarını sərtləşdirən qanunu imzalayıb.

Musavat.com com xəbər verir ki, məlumatı qubernator X hesabında açıqlayıb. Onun sözlərinə görə, "İrina qanunu" məhkəmələrdən girovla bağlı qərar verməzdən əvvəl qeyri-adi dərəcədə yüksək zorakılıq riski yarada bilən insanlara xüsusi diqqət yetirməyi tələb edir.

Yeni qanun müəyyən kateqoriyalı şübhəlilərin zaminə buraxılmasını qadağan edir və daha çox müttəhimlərin məhkəmə psixiatrik ekspertizasından keçməsini tələb edir.

Qeyd edək ki, avqustun 22-də amerikalı DeKarlos Braun Şimali Karolina ştatının Şarlotta şəhərində tramvayda 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayanı bıçaqlayıb. Kiyev əsilli qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Braun daha sonra həbs edilib və qətldə ittiham olunub. ABŞ Prezidenti Donald Trampın qeyd etdiyi kimi, şübhəli təkrar cinayət törədib – polis əvvəllər onu ən azı 14 dəfə saxlayıb, lakin hər dəfə o, heç bir pul ödəmədən zaminə buraxılıb.

Hadisə ABŞ-da çox böyük etirazlara səbəb olub.

Musavat.com

Seçilən
12
3
musavat.com

10Mənbələr