AZ

Tbilisidəki iğtişaşlar zamanı xəsarət alan polislərin sayı 32-yə çatıb - YENİLƏNİB

Oktyabrın 4-də Tbilisidə keçirilən mitinqdə 32 polis əməkdaşı xəsarət alıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, 30 polis əməkdaşı yüngül xəsarət alıb, bir nəfər orta ağır, digəri isə ağır şəkildə yaralanıb. Hazırda həkimlər ağır yaralanan şəxsin vəziyyətini sabit qiymətləndirirlər.

Daha əvvəl Gürcüstan Səhiyyə Nazirliyi iğtişaşlar nəticəsində 21 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığını bildirmişdi.

01:25

Tbilisidəki iğtişaşlar zamanı azı 21 polis və 6 aksiya iştirakçısı xəsarət alıb.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"4 oktyabr tarixində Tbilisidə baş verən hadisələr nəticəsində 6 aksiya iştirakçısı və 21 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Təcili yardım briqadaları onları tibb müəssisələrinə çatdırıb", - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl aksiyalar nəticəsində14 polis əməkdaşının yaralandığı açıqlanmışdı. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə 15 polis əməkdaşının, 6 etirazçının yaralandığını bildirmişdi.


Seçilən
5
news365.az

1Mənbələr