AZ

Tramp Çikaqoya 300 milli qvardiyaçının göndərilməsinə tapşırıq verib

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp federal xidmət agentlərinin təhlükəsizliyini təmin etmək üçün Çikaqoya (İllinoys ştatı) Milli Qvardiyanın 300 hərbçisini göndərmək barədə sərəncam verib.

"Report"un "Politico" qəzetinə istinadən məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Ebiqeyl Cekson bildirib.

"Demokrat Partiyasını təmsil edən İllinoys ştatının qubernatoru Cey Robert Pritsker kimi yerli rəhbərlərin dayandırmaqdan imtina etdikləri şiddətli iğtişaşlar və qanunsuzluq fonunda prezident Tramp federal işçiləri və əmlakı qorumaq üçün Milli Qvardiyanın 300 əsgərinin cəlb edilməsinə icazə verib", - qəzet onun bəyanatını sitat gətirir.

"Prezident Tramp Amerika şəhərlərini məhv edən qanunsuzluğa göz yummayacaq", - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azpolitika.info

2Mənbələr