AZ

Merab Dvalişvili amerikalını məğlub edərək UFC çempionu titulunu qorudu

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Las-Veqasda (ABŞ) keçirilən UFC 320 turnirində əsas döyüşlərdən birində yüngül çəkidə çempion Merab Dvalişvili ilə amerikalı Kori Sandhagen üz-üzə gəlib.

İdman.biz xəbər verir ki, “T-Mobile Arena”da beş raund davam edən qarşılaşma gürcü idmançının hakimlərin yekdil qərarı (49-45, 49-45, 45-46) ilə qələbəsi ilə başa çatıb.

Bu nəticə sayəsində Dvalişvili UFC çempionluq kəmərini uğurla müdafiə edib və ardıcıl 14-cü qələbəsini qazanıb.

Qeyd edək ki, artıq 33 yaşlı döyüşçünün peşəkar karyerasında 20 qələbə və 4 məğlubiyyəti var. Sandhagen isə 18 dəfə qalib gəlsə də, 6 dəfə məğlub olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
icma.az

2Mənbələr