AZ

Gəncəyə ikinci raket hücumundan beş il ötür

Bakı. Trend:

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan SilahlıQüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasındanbeş il ötür.

2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berdrayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşətutulub.

Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı ortaməktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikininyaxınlığına, "Yevlax avtovağzalı" kimi adlandırılan əraziyə vəMərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəlibədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülkiinfrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələritərəfindən Beyləqan şəhərinə də iki raket atılıb. Mərmilərdən biriuşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyədüşüb. Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyibeynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraqdinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarındanetibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı,Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisindəəhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisininsıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşətutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və RayonMərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisininqəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, üç nəfər isəmüxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanayayerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib. Bütünfaktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələriilə cinayət işi başlanıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdəErmənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadınolmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb,ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyatvasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktıaşkar edilib.

Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsidövründə ümumilikdə üç dəfə (5, 27 və 28 oktyabrda) ErmənistanSilahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruzqalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayondayerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinəkülli miqdarda ziyan dəyib.

Məqalədə:
Seçilən
14
19
az.trend.az

10Mənbələr