AZ

Xəzər dənizində zəlzələ olub

Astara stansiyasından 13 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata əsasən, yerli vaxtla saat 05.36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Seçilən
12
22
operativmm.az

10Mənbələr