AZ

Çempionlar Liqasında çıxış edən “Qarabağ”ın qapıçısı Polşa millisinə dəvət edilməməsindən danışdı - AÇIQLAMA

"Bizə bu xallar, qələbə lazım idi. Ona görə də sevinirəm".

Bu sözləri Teleqraf saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib. O, Azərbaycan Premyer Liqasının VII turunda evdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən belə danışıb.

25 yaşlı qolkiper gərgin mübarizə şəraitində keçən görüşü belə dəyərləndirib: "Düşünürəm ki, yaxşı oyun keçdi, çünki əlavə üç xal qazandıq. Bu gün futbolçuların qələbə qazanacaq qədər yaxşı oynamasından məmnunam."

Koxalski həmçinin Polşa millisinin bu dəfəki toplanışına dəvət olunmamasına münasibət bildirib: "Bu dəfə mən heyətdə deyiləm. Onlar bir yoldaşlıq oyunu və Dünya Çempionatının seçmə matçını oynayacaqlar. Ümid edirəm ki, hər iki oyunda qalib gələcəklər. Komandaya uğurlar arzulayıram və ora dəvət almaq fürsətimi gözləyirəm. Poşa millisinə çağrılmaq üçün çox futbolçu mübarizə aparır. Yəni mübarizə gərgindir. Amma inanıram ki, onlar yaxşı oynayacaq və hər iki oyunu qazanacaqlar".

Qeyd edək ki, Mateuş Koxalski ötən ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. Koxalski UEFA Çempionlar Liqasında vurulan 15 qolun cavabında 5 top buraxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
3
olaylar.az

4Mənbələr