AZ

Kim Çen In: ABŞ-ın artan hərbi fəallığına cavab veriləcək

BAKI, 5 oktyabr. TELEQRAF

"Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya – red.) ABŞ-nin bölgədə artan hərbi iştirakına cavab olaraq hərbi-texniki tədbirlər həyata keçirməyi planlaşdırır".

Teleqraf xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

“Hazırkı vəziyyət bizi yeni təhlükələrin aradan qaldırılması və qüvvələr balansının qorunması məqsədilə müvafiq hərbi-texniki addımlar atmağa məcbur edir. Vaşinqton Koreya yarımadasının cənubunda hərbi mövcudluğunu artırmaqla, zərurət yaranacağı təqdirdə, önləyici zərbə endirməyə hazırlaşır. Bu fonunda Pxenyan öz “xüsusi vasitələri” üçün yeni hədəflər müəyyən etməyə hazırdır", - Şimali Koreya lideri əlavə edib.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr