AZ

Sovet korrupsiya aparatının tərkib hissəsi olan ETIBARNAMƏ... - professor Saleh Məmmədovun yazısı

Sovet repressiya və korrupsiya aparatının tərkib hissəsi olan ETIBARNAMƏ dünya miqyasında yalnız Azərbaycanda  yaşadılır. 
 
Beynəlxalq şəffaflıq təşkilatının hesablamalarına görə keçmiş SSRİ-də ən çox korrupsiya törədici amil dövlət avtomobil müfəttişliyi sistemində maşinları idarə etmək üçün istifadə olunan başı bəlalı "ETİBARNAMƏ" sistemi olmuşdur. Bunu nəzərə alaraq kommunist sistemi dagildıqdan sonra bütün ölkələr bu sistemi ləğv etdilər və korrupsiya xeyli azaldi. Bir yalnız Azərbaycanda nəinki ləğv olunmadı, əksinə, daha da aqressivləsdirildi, kəskinləşdirildi. Bu "süni qaydaları" pozanların cərimələri isə dəfələrlə artırıldı və kəskinləşdirildi.
 
Dünyada başqa hansı ölkələrdə avtomobil idarə etmək üçün etibarnamə sistemi qalır?
 
Hazırda  Azərbaycan doğrudan da dünyada avtomobil idarə etmək üçün yazılı etibarnamə sistemini gündəlik praktikada mütəmadi tətbiq edən yeganə ölkə kimi qalır: BMT üzvü olan 193 ölkədən yalnız biri -Azərbaycan Respublikası.
 
Digər ölkələrdə vəziyyət necədir?
 
- Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova — bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və ya hüquqi prosedurlar üçün istifadə oluna bilər.
 
- Şimali Koreya— məhdud məlumatlara əsasən,gündəlik sürücülük üçün etibarnamə tələb olunmur. Avtomobillər əsasən dövlətə və təşkilatlara məxsusdur və idarəetmə daxili qaydalarla tənzimlənir.
 
- İran, Türkmənistan, Özbəkistan — bu ölkələrdə etibarnamə istifadə oluna bilər, lakin məcburi deyil. Əsasən sərhəd keçidi və ya hüquqi əməliyyatlar üçün tələb olunur.
 
- Bəzi Afrika və Asiya ölkələri — etibarnamə kommersiya və ya hüquqi kontekstdə istifadə oluna bilər, lakin adi sürücülük üçün məcburi sənəd deyil.
 
Nəticə
 
2025-ci ilə olan məlumata görə, Azərbaycan — avtomobil idarə etmək üçün etibarnamə sistemini qoruyub saxlayan və gündəlik həyatında tətbiq edən yeganə ölkədir. Digər ölkələrdə bu sistem ya ləğv olunub, ya da yalnız xüsusi hallarda istifadə olunur.
 
Sual olunur: nə üçün BMT üzvü olan 193 ölkənin 192-si bu mənfur qaydanı (korrupsiya törədici, butun hüquqlara zidd, vətəndaşlıq hüququna, mülkiyyət hüququna zidd amili) tətbiq etmir, bir yalnız Azərbaycan Respublikası günü-gündən bu tətbiqi "təkmilləşdirir", genişləndirir, gücləndirir? Təsəvvür edin, ailə üzvləri ortaq mülkiyyətdə olan bir maşını (nə fərqi var, soyuducu, televizor, qayıq və s) istifadə etdiyinə görə 100 manat cərimə olunur və mülkiyyət cərimə meydançasına aparılır. 
 
Əminəm, bu faktları təhlil edəndən sonra Azərbaycan parlamenti və Azərbaycan höküməti belə bir lazımsız, əhalidə ciddi narazılıq yaradan qaydanın aradan qaldırılması üzrə müvafiq tədbir görəcək. 
 
Dərin hörmətlə,
professor Saleh Məmmədov
 
Seçilən
44
2
moderator.az

3Mənbələr