Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Qəbələ" "Şamaxı"nı qəbul edəcək.
Hər iki komanda son pillələrdə qərarlaşıb. Qələbə qazanan komanda öz vəziyyətini turnir cədvəlində daha yaxşılaşdıracaq.
"Şamaxı" 6 xalla 9-cu, "Qəbələ" isə 4 xalla 11-cidir.
Misli Premyer Liqasında, VII tur
5 oktyabr (bazar)
17:30. “Qəbələ” - “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu