Türkiyənin Kahramanmaraş şəhərində şənlik mərasimində kütləvi dava olub.
"Ölkə.az" xəbər verir ki, Dulkadiroğlu adlanan ərazidə dava zamanı 6 nəfər bıçaqlanıb.
Hadisə yerinə polis və təcili yardım cəlb olunub. İki qrup arasında yaranan davadan sonra bıçaq xəsarətləri almış yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.