AZ

Xırdalanda “AAAF park”da YANĞINVİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindənverilən xəbərə görə, bunun əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən texniki otaqda quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın zirzəmisində yerləşən ümumi sahəsi 2 m² olan texniki otağın içərisində quraşdırılmış 68 ədəd elektirik sayğacı və şaxtadan keçən elektrik kabelləri 3p.m. yanıb.

FHN əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

Şaxtadan keçən kommunikasiya xətləri, avtodayanacaqda park edilmiş avtomobillər və mənzillər yanğından mühafizə olunub.

Seçilən
7
30
xezerxeber.az

10Mənbələr