AZ

Rusiyada həbs edilən İbrahim Suleymanovla bağlı YENİ DETALLAR üzə çıxdı

Rusiyalı milyarder İbrahim Suleymanovun ehtimal olunan köməkçisi Abakar Darbişev saxlanıldıqdan sonra vəfat edib.

 

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” mənbələrə istinadla məlumat yayıb.

“Milyarder biznesmenlə əlaqəli ehtimal olunan köməkçi Abakar Darbişev, KİV-lərdə Dağıstan cinayət qrupunun lideri kimi göstərilən şəxs, saxlanıldıqdan qısa müddət sonra dünyasını dəyişib”, — məlumatda deyilir.

Nəşr yazır ki, əvvəllər saxlanılmış Suleymanova da ürək xəstəliyi ilə bağlı tibbi yardım lazım olub.

“Gizli milyarder” ləqəbli İbrahim Suleymanovun Moskva şəhərində saxlanıldığı barədə məlumat oktyabrın 3-də, cümə günü açıqlanıb.

Ona 2004-cü ildə Federal Maliyyə Sağlamlaşdırma və Bankrotluq Xidmətinin sabiq rəhbəri Georgi Talın qətlində iştirak etməkdə şübhə irəli sürülür. Mətbuatın məlumatına görə, iş üzrə biznesmen barəsində ifadəni ehtimal olunan cinayətkar, oktyabrın 1-də saxlanılmış Dağıstan cinayət qrupunun liderlərindən biri Abakar Darbişev verib.

Suleymanov hal-hazırda dindirilir və ona iki dəfə polis bölməsinə təcili tibbi yardım çağırılıb.

Biznesmen İbrahim Suleymanovla bağlı iş çərçivəsində hüquq-mühafizə orqanları Moskva regionu və Dağıstanda onlarla axtarış həyata keçirib.

Bundan əvvəl Basman məhkəməsi İbrahim Suleymanovu 2 dekabra qədər həbs edib. RIA-nın məlumatına görə, milyarder İbrahim Suleymanovla bağlı qətllər işində yeni şəxslərin də istintaqa cəlb olunma ehtimalı var. Bu barədə məhkəmə sənədlərinə istinadən xəbər verilir.//Bizim.Media

Seçilən
16
4
konkret.az

5Mənbələr