Bakı. Trend:
Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarındagümüş medal qazanıb.
Trend-inməlumatına görə, o, qızların fərdi yarışında rusiyalı MarinaTarasova ilə üz-üzə gəlib.
Rəqibinə 0:2 hesabı ilə məğlub olan idmançımız ikinci yeritutub.
Daha öncə badmintonçularımız 6 bürünc mükafat əldə ediblər.Bununla da Azərbaycan millisi turniri ümumilikdə 7 medalla başavurub.
Qeyd edək ki, III MDB Oyunlarında badminton yarışlarına bu günyekun vurulacaq.