“Milyonların üzərində oturanlar, neftdən pul qazananlar, istər xarici, istərsə də daxili şirkətlər... Məsələn, “Balakhani oil”, “Binagadi oil” milyonlar qazanır, min oyundan çıxırlar.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.
R.Nurullayev qeyd edib ki, həmin şirkətlər dövlətə zərbə vururlar: “Vergidən də yayınırlar, müxtəlif maxinasiyalar həyata keçirirlər, dövləti də saya salmırlar. Biz bunun şahidi olduq, oluruq da...”
Qeyd: “Balakhani Operating Company LTD”nin (Balakhani oil) prezidenti Rövşən Rzayev, “Binəqədi Oyl Kompani” şirkətinin (Binagadi oil) Azərbaycandakı filialının rəhbəri isə Sergey Neymyshevdir.
Poliqon.info