AZ

Trampı hücumla hədələdi: “Bunu etməyin, hərəkətə keçərik!”

“ABŞ bölgədə qüvvələrini artırarsa, Şimali Koreya hərəkətə keçəcək”.

Turkustan.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.

“Biz yeni və müvafiq hərbi-texniki tədbirlər həyata keçirə bilərik. Çünki ABŞ zərurət yaranarsa, düşmənə qarşı qabaqlayıcı zərbə endirilməsini asanlaşdırmaq üçün Cənubi Koreyadakı hərbi mövcudluğunu artırır”, – deyə o bildiribş

Oktyabrın 1-də Yaponiyanın “Yonhap” xəbər agentliyi ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri ilə danışıqlara hazır olduğunu bildirib.

Vaşinqton bəyan edib ki, Tramp mümkün dialoq üçün heç bir ilkin şərt tələb etmir./Globalinfo.az/

Seçilən
12
1
turkustan.az

2Mənbələr