AZ

Rusiyanın Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib

Rusiyanın Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib...

Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri 5 saatdan çox müddət ərzində bölgəyə zərbələr endirib. Bir sıra obyektlərə, o cümlədən yaşayış binalarına ziyan dəyib.

Xilasedicilər, tibb işçiləri, polis və fövqəladə hallar xidmətləri zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerində fasiləsiz işləyir.

Poliqon.info

Seçilən
9
3
poliqon.info

5Mənbələr