AZ

Rusiya 500 PUA və 50 raketlə hücum etdi... Zelenski

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Ukraynaya 500-dən çox “Şahid” PUA-ları, 50-yə yaxın qanadlı raketlər, “Xəncər” aeroballistik raketləri ilə hücum edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Lvov, İvano-Frankovsk, Zaporojye, Çerniqov, Sum, Xarkov, Xerson, Odessa və Kirovoqrad vilayətləri vurulub, ölənlər və yaralananlar var.

Vladimir Zelenski Qərb ölkələrini hücuma cavab verməyə çağırıb:

“Bu gün ruslar yenidən bizim infrastrukturumuza, insanların normal yaşayışını təmin edən hər şeyə hücum ediblər. Bu hava terrorunu saxlamaq üçün daha çox müdafiəyə, xüsusilə hava hücumundan müdafiə ilə bağlı bütün müdafiə sazişlərinin daha tez yerinə yetirilməsinə ehtiyacımız var. Səmada birtərəfli atəşkəs mümkündür və bu, əsl diplomatiyaya yol aça bilər. Amerika və Avropa Putini dayandırmağa məcbur etmək üçün hərəkətə keçməlidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
50
axar.az

10Mənbələr