AZ

Bərdədə pendir sexində partlayış olub, bir nəfər ölüb

Bərdə rayonunda pendir sexinin qazanxanasında baş verən partlayış zamanı 65 yaşlı kişi ölüb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, rayon ərazisində fəaliyyət göstərən pendir sexində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı sexin nəzarətçisi Teyyub Yusubov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
8
teleqraf.com

10Mənbələr