AZ

Yeni baş məşqçi Fransa və Ukrayna ilə oyunlara kimləri çağırdı?

Azərbaycan millisi oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Komandamız oktyabrın 8-də Fransanın paytaxtı Parisə yollanacaq.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukraynaya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə"), Rza Cəfərov ("Neftçi")

Müdafiəçilər: Bəhlul Mustafazadə ("Qarabağ"), Anton Krivotsyuk ("Daejon Hana", Cənubi Koreya), Elvin Bədəlov ("Neftçi"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Rəhman Daşdəmirov ("Sabah"), Abbas Hüseynov ("Qarabağ"), Faiq Hacıyev ("Turan Tovuz"), Qismət Alıyev ("Zirə"), Elvin Cəfərquliyev ("Qarabağ"), Rahil Məmmədov ("Araz-Naxçıvan")

Yarımmüdafiəçilər: Emin Mahmudov ("Neftçi"), Murad Xaçayev ("Neftçi"), Səbuhi Abdullazadə ("Sumqayıt"), İsmayıl İbrahimli ("Zirə"), Abdulla Xaybullayev ("Sabah"), Toral Bayramov ("Qarabağ"), Ceyhun Nuriyev ("Zirə")

Hücumçular: Rüstəm Əhmədzadə ("Sumqayıt"), Anatoli Nuriyev ("Sabah"), Mahir Emreli ("Kayzerslautern", Almaniya), Renat Dadaşov ("Motor", Polşa), Musa Qurbanlı ("Qarabağ"), Nəriman Axundzadə ("Qarabağ")

Seçilən
12
17
sportinfo.az

10Mənbələr