AZ

Qazaxda avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Qazaxda avtomobil dərəyə aşıb. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. Minik avtomobilinin dərəyə aşması nəticəsində 2004-cü il təvəllüdlü Afiq İsmayılov və həmyaşıdı Orxan Məmmədəliyev ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
13
avtosfer.az

10Mənbələr