Almaniyada yeni açılan bir kafe tam sakitlik qaydası ilə məşhurdur.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, içəridə bir kəlmə belə danışmaq olmaz.
Müştərilər orada ya kitab oxuyur, ya yazı yazır, ya sadəcə düşünürmüş kimi otururlar.
İçəri girəndə xüsusi jestlə “salam” deyirsən — çünki dil işlətmək qadağandır.
Bir nəfər səhvən “Çay verə bilərsiniz?” deyib və ofisiant ona sadəcə kağız verib: “Yaz.”
İnsanlar deyir ki, bu kafe hərəkətli meditasiya otağı kimidir.
Bəziləri isə oraya sadəcə səs-küydən qaçıb öz həyatını yenidən yükləməyə gəlirlər.