Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Universal Pictures" şirkəti "Forsaj 11" filminin büdcəsini 200 milyon dollara qədər azaltmağı tələb edir.
Axşam.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qeyd olunur ki, "Forsaj-10" son on ilin ən çox gəlir gətirən filmi olub. Ekran işi 705 milyon dollar qazandırıb. Eyni zamanda bu, 340 milyon dollarlıq büdcəsi ilə franşizanın ən bahalı filmi hesab olunur. Lakin kinostudiya yeni filmin çəkilişlərinin əvvəlkindən daha ucuz başa gəlməsini istəyir.
Hazırda "Forsaj 11"in büdcəsi 250 milyon dollar olaraq qiymətləndirilir. Bu isə o deməkdir ki, yaradıcı heyət xərcləri 50 milyon dollar azaltmaq üçün yollar axtarmalı olacaq.
Layihəyə yaxın mənbələrin sözlərinə görə, çəkilişlərin gələn ilin yazında başlaması planlaşdırılır, filmin isə 2027-ci ildə ekranlara çıxması gözlənilir.
Qeyd edək ki, Vin Dizel illər əvvəl avtomobil qəzasında həlak olan aktyor Pol Uokerin son "Forsaj" filmində yer alacağını açıqlamışdı. Bildirilir ki, onun obrazı vizual effektlər, arxiv görüntülər və qardaşları Kaleb və Kodi Uokerlərin köməyi ilə qismən bərpa olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.