AZ

III MDB Oyunları: Azərbaycan badmintonçuları 7 medalla çıxışını başa vurdu

III MDB Oyunlarında badminton yarışları yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışların son günündə Azərbaycan təmsilçisi Leyla Camalzadə finalda rusiyalı Marina Tarasova ilə üz-üzə gəlib.

Qəbələ Olimpiya İdman Kompleksində keçirilən görüşdə rəqib 2:0 hesabı ilə qalib gələrək qızıl medala sahib olub, Leyla Camalzadə isə gümüş medalla kifayətlənib.

Bununla da Azərbaycan badmintonçuları yarışları ümumilikdə 7 medalla – 1 gümüş və 6 bürünc mükafatla başa vurublar.

Seçilən
36
90deqiqe.az

1Mənbələr