AZ

Gürcüstanda 5 nəfər saxlanıldı: çevrilişə cəhd?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tbilisi polisi paytaxtda etiraz aksiyalarının beş təşkilatçısını saxlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daravelidze deyib.

O qeyd edib ki, bunlar ictimai xadim Paata Burçuladze, “Milli Hərəkat” partiyasının üzvü İrakli Nadiradze, keçmiş prokuror Murtaza Zodelava, “Strategiya Ağmaşenebeli” partiyasının üzvü Paata Mancqaladze və polkovnik Laşa Beridzedir.

“Sözügedən şəxslər Gürcüstanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar etmək, qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və ona qoşulmaqda ittiham olunurlar”, – deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
globalinfo.az

5Mənbələr