AZ

Azərbaycan və Qazaxıstan kino sənəti sahəsində Türk dünyası ölkələrinin səylərini birləşdirir

Astana, 5 oktyabr, AZƏRTAC

Aktauda “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində Qazaxıstan Respublikasının Milli Kinematoqrafa Dövlət Dəstəyi Mərkəzi Azərbaycan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın kino sənəti sahəsində dövlət təşkilatları ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sazişlər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üzrə daha miqyaslı işin bir hissəsi olub, ortaq dəyərləri və tarixi irsi əks etdirən kino sənəti vasitəsilə türk ölkələrinin mədəni birliyinin gücləndirilməsinə yönəldilib.

Azərbaycan Kino Agentliyi ilə memorandum geniş sahələr spektrini əhatə edir: bədii, sənədli və animasiya filmlərinin birgə istehsalı, ustad dərsləri və seminarların keçirilməsi, tərcümə və dublyaj sahəsində əməkdaşlığın inkişafı. Prioritet mövzular içərisində xalqlar arasında dostluq münasibətlərinin, qarşılıqlı mədəni əlaqələrin qorunub saxlanması xüsusi yer alıb.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
22
1
azertag.az

2Mənbələr