Şəmkirdə xəsarətlərlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub. Avtosfer.az-ın məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib. Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Nərgiz Rəhman qızı İsmayılova idarə etdiyi "Toyota Prius" markalı avtomobili aşırıb. Qəza zamanı sürücü, o cümlədən sərnişinlər, Bərdə rayon sakinləri, 1995-ci il təvəllüdlü Bayramov Seymur Akif oğlu, 1964-cü il təvəllüdlü Mirzəyeva Cəmilə Tapdıq qızı, 2014-cü il təvəllüdlü Bayramzadə Mələk Seymur qızı, 2016-cı il təvəllüdlü Bayramzadə Aysel Seymur qızı və 2019-cu il təvəllüdlü Bayramzadə Yusif Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır (Bizim.Media).
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta