AZ

Azərbaycan yığmasının oyunçuları 5000 manatı “itirdi”

Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medalla kifayətlənib. Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda keçirilən finalda Rusiya yığması ilə üz-üzə gəlib.
Matçın əvvəlində üstün oyun nümayiş etdirən kollektivimiz 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. İkinci hissədə ardıcıl 3 qol buraxan U-16 komandamız görüşdən məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Əli Bəşirov hər iki qola imza ataraq dubl edib.
Yığmamız qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub etmişdi. U-16 həlledici görüşdə də uğur qazansaydı, AFFA onlara böyük məbləğdə mükafat ödəyəcəkdi. Federasiyanın hər futbolçuya 5000 manat vəd etməsini xəbər verək. Bu da əldən çıxdı. Düzdür, qurum finalı görən kollektivə pul ayıracaq, amma daha o qədər yox...

SPORTİNFO.AZ

Seçilən
2
sportinfo.az

1Mənbələr