AZ

Husilərdən İsrailə “hipersəs” zərbəsi – “Fələstin-2” raketi ilə hücum edildi

Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı İsrailə qarşı hipersəs ballistik raketi ilə hücum etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, husilər “Fələstin-2” adlı, ayrılan döyüş başlığına malik raketin İsrailə atıldığını açıqlayıblar. Onların iddiasına görə, raket Yerusəlim ətrafındakı bir neçə strateji hədəfi vurub.

İsrail Müdafiə Ordusu isə məlumatı qismən təsdiqləyib. Ordunun bəyanatında bildirilir ki, ölkənin müxtəlif bölgələrində hava həyəcan siqnalları işə düşüb və Yəmən istiqamətindən buraxılan bir raket hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Hazırda hücumun nəticələri ilə bağlı əlavə araşdırmalar aparılır.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr