AZ

Payızda immuniteti "polad" kimi edən qidalar

Payız təbiətin rəngləndiyi, eyni zamanda orqanizmin müdafiə sisteminin dəstəyə ehtiyac duyduğu bir mövsümdür. Soyuq havaların yaxınlaşması ilə immunitetin güclü qalması vacibdir.

E-saglam.az xəbər verir ki, diyetoloq Ece Eyyupoğlu payızda sağlam qidalanma və immunitetin qorunması üçün əsas tövsiyələrini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, immuniteti dəstəkləmək üçün yeməklərdə sink və antioksidantlara üstünlük verilməlidir. C vitamini ilə zəngin sitrus meyvələri, brokoli və qırmızı bibər bu baxımdan ən faydalı məhsullar sırasındadır. Kefir və qatıq kimi probiyotiklər bağırsaq sağlamlığını gücləndirir, balıq mövsümündə isə qızılbalıq, skumbriya və sardina kimi dəniz məhsulları həm immuniteti möhkəmləndirir, həm də iltihabın qarşısını alır.

Payızda günəş işığının azalması D vitamini çatışmazlığına səbəb ola bilər. Buna görə günəşə kifayət qədər məruz qalmaq və həkim məsləhəti ilə vitamin əlavəsi qəbul etmək tövsiyə olunur. Bol su içmək isə bədənin təmizlənməsinə və müdafiə mexanizminin güclənməsinə yardım edir.

Eyyupoğlu həmçinin gündə 7-8 saat keyfiyyətli yuxunun, həftədə ən azı 150 dəqiqə gəzinti və orta intensivlikli idmanın vacibliyini vurğulayıb. Stressi azaltmaq, açıq havada vaxt keçirmək və yaxşı gigiyena qaydalarına əməl etmək də immuniteti güclü saxlayan əsas faktorlar arasındadır.

Payız mövsümünün bol məhsulları – balqabaq, nar, alma və armud vitamin və antioksidan baxımından zəngindir. Soyuq havalarda içilən zəncəfil, cökə və adaçayı kimi bitki çayları isə boğazı sakitləşdirir və xəstəliklərdən qoruyur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
21
e-saglam.az

1Mənbələr