AZ

Paşinyan erməni uşaqlara bu sualı verdi Aldığı cavab onu şoka saldı

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyanı təəccübləndirən hadisə diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, o, informasiya texnologiyaları sahəsinin nümayəndələri ilə görüşündə bir xatirəsindən söz açıb.

“Berd icmasının Çoratan kəndinə getmişdim. Qeyri-rəsmi şəkildə yanımıza yaxınlaşdılar, dedilər ki, burada görkəmli məkanlar var, girin baxın. Orada uşaqlar gəlib öz çəkdikləri rəsmləri göstərdilər. Soruşuram ki, nə çəkmisən? Biri deyir ki, Masis dağı (Ağrı dağı), başqası “Soyqırımı abidəsi”…

O anda pəncərədən baxdım. Qarşıda möhtəşəm dağlar, meşələr var. Sonra bir qrup ziyalını dəvət etdim və dedim ki, izah edə bilərsinizmi, niyə bu uşaqlar ətraflarında gördükləri heyrətamiz təbiəti deyil, Ağrı dağını və ya “Soyqırımı abidəsi”ni çəkirlər?”.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
6
globalinfo.az

7Mənbələr