AZ

“Fənərbaxça”nın yeni prezidenti özündən 31 yaş kiçik aktrisa ilə... - FOTO

“Fənərbaxça”nın yeni seçilmiş prezidenti Sadettin Saran bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, özündən 31 yaş kiçik aktrisa Nafia Tanrıverdi ilə çəkilən səmimi fotosu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Bəzi istifadəçilər “Yakışır başkanıma”, “Başkanım fit adam, maşallah” deyə dəstək göstərsələr də, digərləri “Qızı yaşında biri iləmi birlikdədir?” sualı ilə tənqidlərini bildiriblər.

Jurnalist Birsen Altuntaşın məlumatına görə, Saran və Tanrıverdi bir tədbirdə tanış olub. Aralarındakı yaş fərqinə baxmayaraq, tez bir zamanda yaxın münasibət qurduqları, sonradan isə bunun romantik münasibətə çevrildiyi iddia edilir.
 

İkilinin eyni məkanlardan paylaşdıqları fotolar da diqqətdən yayınmayıb və bu, münasibət barədə iddiaları daha da gücləndirib. İddialara görə, Tanrıverdi bəzən Saranın evinə də gedir və bu, ətraf mühitdə “münasibət rəsmiləşir?” sualını doğurub.


Fotoların yayılmasından sonra sosial mediada əsl polemika yaşanıb. Xüsusilə “Fənərbaxça” azarkeşləri arasında dəstəkləyənlər və sərt şəkildə tənqid edənlər arasında fikir ayrılığı diqqət çəkib.




Bizim.Media

Seçilən
22
3
bizim.media

10Mənbələr