AZ

İsrail ordusu Qəzza şəhərində hazır vəziyyətdədir – Müdafiə naziri xəbərdarlıq etdi

İsrail Müdafiə Nazirliyi və ordusu (Çaxal) Qəzza şəhərinin mərkəzində tam hazır vəziyyətdədir və istənilən hərəkəti izləyir.

Musavat.com xəbər verir ki, müdafiə naziri İsrael Kac bildirib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü nəticəsində Həmas silahsızlandırılarsa və Qəzza sektoru demilitarizə olunarsa, Çaxal nəzarətdə olan ərazilərdə qalaraq əhalini qoruyacaq və hər hansı təhlükəyə qarşı hərəkət edəcək.

Kac həmçinin vurğulayıb ki, İsrailin Qəzza şəhərinə göstərdiyi güclü təzyiq Həmasın mövqeyini dəyişə bilər. “Əgər Həmas girovları azad etməsə, Çaxal hərbi gücünü artıracaq, Həmas tamamilə məhv ediləcək və bütün girovlar azad olunacaq”, – deyə nazir əlavə edib.

Musavat.com

Seçilən
20
1
musavat.com

2Mənbələr