AZ

III MDB Oyunları: kamandan oxatma yarışlarına yekun vuruldu - Fotolar

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərstadionunda keçirilən kamandan oxatma yarışlarına yekun vurulub.

News24.az xəbər verir ki, oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistan komandası tutub.

Qızlardan ibarət komandalar arasında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası qazanıb. Azərbaycan komandası yarışları 4-cü pillədə tamamlayıb.

Qarışıq komandaların mübarizəsində isə Belarus birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə layiq görülüb.

Fərdi yarışlarda oğlanlar arasında Özbəkistan idmançısı qalib gəlib, Rusiya təmsilçiləri isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların fərdi yarışlarında birinci yeri Qazaxıstan, ikinci və üçüncü yerləri isə Rusiya oxatanları tutublar.(Teleqraf)


Seçilən
72
3
news24.az

10Mənbələr